Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi

Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi

10 Avqust 2020 12:05
Bəyəndim (25) Bəyənmədim (0)

Belarusdakı prezident seçkilərinin yekun nəticələri çıxmamış Çin Xalq Respublikasının sədri Si Szinpin Aleksandr Lukaşenkonu təbrik edib.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı Belarusun “BelTA” dövlət agentliyi yayıb.

Bildirilib ki, Çin A.Lukaşenkonu qalibiyyətlə təbrik edən ilk ölkə olub.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Oxuməni.az