Putin Lukaşenkonu seçkilərdə qələbə münasibətilə təbrik etdi

Putin Lukaşenkonu seçkilərdə qələbə münasibətilə təbrik etdi

10 Avqust 2020 13:00
Bəyəndim (21) Bəyənmədim (1)

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Oxuməni.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı Belarusun dövlət başçısına göndərdiyi teleqramda bildirdi ki, o, bütün sahələrdə qarşılıqlı surətdə faydalı Rusiya-Belarus münasibətlərinin daha da inkişaf etdiriləcəyinə, ittifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə, Avrasiya İqtisadi İttifaqı və MDB xətti ilə inteqrasiya proseslərinin, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi-siyasi əlaqələrin genişləndirilməsinə ümid edir.

Oxuməni.az