Ceyhun Bayramov Çavuşoğlunu Bakıya dəvət etdi

Ceyhun Bayramov Çavuşoğlunu Bakıya dəvət etdi

11 Avqust 2020 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunu Bakıya səfərə dəvət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan C.Bayramov Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
“Sizi Azərbaycana dəvət edirik və ölkəmizdə gözləyirik”, - deyə XİN rəhbəri bildirib.
Çavuşoğlu isə dəvətə görə təşəkkür edib, ən qısa zamanda qardaş Azərbaycana gələcəyini və təkrar ziyarətdən böyük şərəf duyacağını söyləyib.

Oxuməni.az