Tramp: "Bu, dünyanın ən böyük problemidir"

Tramp: "Bu, dünyanın ən böyük problemidir"

12 Avqust 2020 10:44
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya tərəfi ilə nüvə silahı barədə danışıqları yüksək qiymətləndirirəm.

Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri qonaq olduğu radioşou zamanı danışıb.

Prezidentin sözlərinə görə, hazırda Moskva və Vaşinqton nüvə silahı paketi ilə bağlı müzakirələr aparır.

“Sözügedən məsələ bu gün də dünyanın ən böyük problemi olaraq qalır”, – Tramp qeyd edib.

Bundan əlavə, ABŞ lideri bildirib ki, Rusiya da bu sahədə ciddi qərarların qəbul edilməsinin tərəfdarıdır, ona görə də müqavilələrin imzalanması uzun müddət çəkməyəcək.

Oxuməni.az