Ukrayna MDB çərçivəsində bağlanmış bir neçə sazişdən çıxıb

Ukrayna MDB çərçivəsində bağlanmış bir neçə sazişdən çıxıb

13 Avqust 2020 11:51
Bəyəndim (4) Bəyənmədim (0)

Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhəd məsələləri və mədəniyyət sahəsində əməkdaşlığa dair daha bir neçə sazişi pozub.

Oxuməni.az xəbər verir ki, müvafiq qərarlar Ukrayna hökumətinin dünənki iclasında qəbul edilib.

Hökumət mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası barədə təklifi dəstəkləyib, habelə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişdən çıxmaq haqqında qərar qəbul edib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Sərhəd Qoşunları Komandanları Şurasından çıxması barədə fərman layihəsi də bəyənilib.

Oxuməni.az