Ərdoğan dünya səviyyəli liderdir, Bayden ondan zəifdir

Ərdoğan dünya səviyyəli liderdir, Bayden ondan zəifdir

18 Avqust 2020 07:27
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Co Baydenin prezidentlik kürsüsünə layiq olmadığını bir daha bildirib.

Oxuməni.az xəbər verir ki, Ağ Ev rəhbəri Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kimi əcnəbi liderlərlə bacara bilməyəcəyini iddia edib.

Tramp iddia edib ki, ötən həftə dünya liderləri ondan Ərdoğana zəng etməyini xahiş edib:

“Nə üçün" -deyə soruşdum? Onlar isə “O, ancaq səni dinləyər, bizi eşitmir. "Bu, ABŞ üzündən belədir" deyə soruşduqda, “Xeyr, sənin xarakterin səbəbindən... O, tək səni dinləyir. Çünki o xarakter yalnız səndə var. Onunla (Ərdoğan) razılaşa bilirsən”.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğana qarşı müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb.

Oxuməni.az