Co Baydenin ABŞ prezidentliyinə namizədliyi təsdiqlənib
ABŞ Demokratik Partiyası ölkənin sabiq vitse-prezidenti Co Baydenin prezidentliyə namizədliyini rəsmən təsdiqləyib.
Oxuməni.az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, koronavirus pandemiyası səbəbindən virtual formatda keçirilən partiyanın qurultayında ştatlardan və ərazilərdən olan nümayəndə heyətləri praymerizlərin nəticələrini açıqlayıblar. Bu nəticələrə görə, Bayden daha çox partiya nümayəndələrinin səsini qazanıb.
Noyabrın 3-də keçiriləcək seçkidə Baydenin rəqibi ölkənin hazırkı prezidenti Donald Tramp olacaq.
Oxuməni.az
Digər xəbərlər































































































