Danışıqlar  Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir

Danışıqlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir

26 Avqust 2020 17:25
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün həmkarım Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ətraflı müzakirə etdik.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, ümumi mövqe nizamlanma prosesinin davam etdirilməsidir. Bunun üçün lazımi atmosfer yaradılmalıdır.

"Sabit, dayanıqlı danışıqlar prosesi üçün lazımi atmosferi təmin etmək vacibdir. Lakin danışıqlar danışıqlar naminə deyil, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”,- Lavrov əlavə edib.

Oxuməni.az