Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu yazıb

Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu yazıb

26 Avqust 2020 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu yazıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

Oxuməni.az