Şuşkeviç Belarusda rus dilinin statusunu dəyişdirməyə çağırdı

Şuşkeviç Belarusda rus dilinin statusunu dəyişdirməyə çağırdı

28 Avqust 2020 11:33
Bəyəndim (2) Bəyənmədim (0)

Belarus Ali Sovetinin keçmiş rəhbəri Stanislav Şuşkeviç bildirmişdir ki, respublikanın yeganə dövlət dili Belarus dili olmalıdır, müvafiq olaraq rus dili belə statusdan məhrum edilməlidir.
Oxuməni.az ria.ru-ya istinadən xəbər verir ki, 1995-ci ildə Konstitusiyaya düzəlişlər nəticəsində Belarusda rus dili ikinci dövlət dili statusu almışdır.

"Bizim ruslarla heç bir qarşıdurmamız yoxdur. Heç vaxt millətlərarası ədavətimiz olmayıb. Amma biz həmişə belaruslu olmaq istəyirik. Ümumiyyətlə, dilimizə təzyiq edilməsi mədəniyyətimizin də sıxışdırılmasına yol açır ... Rus dilinə bizdə təhlükə yoxdur. Dövlət dili isə Belarus dili olmalıdır, çünki onun digər vətəni yoxdur",-deyə 85 yaşlı Şuşkeviç YouTube-kanala müsahibəsində bildirib.

Oxuməni.az