Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir

Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir

1 Sentyabr 2020 17:10
Bəyəndim (2) Bəyənmədim (0)

Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Avropa yunanlara yardım edərək, Türkiyəni təhrik etməyə çalışır:

“Onlar çalışır ki, Türkiyə səhv etsin və bununla dünya ictimaiyyətinin gözü qarşısında türkləri çətin vəziyyətə salsınlar. Yunanıstan Meis adasına 30 nəfər göndərib, min komandos göndərsə nə olacaq? F-16-lar 4 bomba atar, burada əsgər qalmaz. Yunanların məqsədi də budur. Onlar 2 min adanın hamısına qoşun yerləşdirsə, ölkənin özündə əsgəri qalmayacaq. Türkiyə Afinanın bütün təxribatlarına qarşı tədbirlər görməlidir. Əsasən də diplomatik danışıqlara üstünlük verməlidir”.

Oxuməni.az