Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə zəng edib
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə telefon əlaqəsi saxlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi Cad Diri deyib.
“Telefon danışığı zamanı cənab Tramp İsrail və BƏƏ arasında uçuşlar üçün Səudiyyə Ərəbistanının hava məkanının açılmasını məmnuniyyətlə qarşıladığını bildirib. Həmçinin, ABŞ lideri Ər-Riyadı aralarındakı problemlərin həlli üçün Körfəz ölkələri ilə danışıqlara başlamağa çağırıb”, - C.Diri vurğulayıb.
Oxuməni.az
Digər xəbərlər































































































