"Normand dördlüyü"nün görüşü nəticəsiz başa çatıb
Berlində Ukrayna, Rusiya, Almaniya və Fransa təmsilçilərinin-"Normand dördlüyü" liderlərinin müşavirlərinin görüşü keçirilib.
Oxuməni.az rosbalt.ru-ya istinadən xəbər verir ki, Rusiya təmsilçisi - Administrasiya rəhbərinin müavini Dmitri Kozak danışıqları nəticəsiz adlandırıb.
O, konsulluqların nəticələrindən danışaraq jurnalistlərə irəliləyiş olmaması barədə məlumat verib,
Berlin görüşü zamanı tərəflər "Normand" Sammitinin yüksək səviyyədə — Vladmir Zelenski, Vladimir Putin, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə keçirilməsi məsələsini "müzakirə etmədilər", - deyə rusiyalı təmsilçi qeyd edib.
Oxuməni.az
Digər xəbərlər































































































