Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın Xarici İşlər Nazirləri oktyabrda Tokioda görüşəcəklər

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın Xarici İşlər Nazirləri oktyabrda Tokioda görüşəcəklər

19 Sentyabr 2020 11:25
Bəyəndim (2) Bəyənmədim (0)

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın Xarici İşlər Nazirləri oktyabrın əvvəlində dördtərəfli əməkdaşlığı müzakirə etmək üçün Tokioda danışıqlar aparmağı planlaşdırırlar.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NHK telekanalı şənbə günü məlumat yayıb.

Görüşdə əsas müzakirə mövzusu koronavirus ilə bağlı vəziyyət, Hind-Sakit okean regionu Konsepsiyasının həyata keçirilməsi məqsədilə qarşılıqlı fəaliyyət olacaq. Həmçinin Yaponiyaya səfəri zamanı ABŞ-ın dövlət katibi Maykl Pompeo Yaponiyanın yeni Baş naziri Yöşihide Suqa ilə də görüşəcək.

Oxuməni.az