Atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzi Ağdamda olacaq

Atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzi Ağdamda olacaq

6 Dekabr 2020 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib. Mərkəz Ağdamda yerləşəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məlumat yayıb. Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.