Prezident İtaliya üzərindən Fransaya mesaj verdi

Prezident İtaliya üzərindən Fransaya mesaj verdi

8 Dekabr 2020 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Vətən müharibəsi faktiki olaraq Azərbaycanın əsl dostunu da üzə çıxardı, dost adı altında bədnam niyyətini gizlədən, ilk fürsətdə Ermənistana yardım edən ölkələrin də iç üzünü göstərdi.

Oxuməni.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli

axar.az-a deyib. O bildirib ki, müharibədən sonra işğaldan azad edilən şəhər, qəsəbə və kəndlərimizin abadlaşdırılması işləri getməlidir:

“Bunu ölkə başçısı həm bugünkü, həm də bundan öncəki çıxışlarında qeyd etmişdi. Şübhəsiz, bu prosesə milli şirkətlərlə yanaşı, bir çox xarici ölkələrin şirkətləri də cəlb ediləcək.

Başda Türkiyə və Pakistan olmaqla, İtaliya, Gürcüstan, Ukrayna kimi ölkələr istər maddi, istər mənəvi, istərsə də siyasi dəstəkləri ilə bu prosesdə öz yerini ala biləcəklər. Düşünürəm, italiyalı deputatlarla görüş zamanı cənab Prezidentin bu sözləri deməsi heç də təsadüfi deyil.

İşğaldan azad edilən torpaqlarda kifayət qədər tarixi, dini abidələr var ki, bunların bərpası, yenidən qurulması kimi həssas işlərdə İtaliya kimi köklü tarixə malik ölkənin təcrübəsindən faydalanmaq olar. Xüsusilə İtaliya katolik kilsələrinin borroko və qotik üslubu Qafqaz Albaniyasında da olub. Bu mənada həmin işlərdə İtaliyanın təcrübəsindən faydalana bilərik”.

Politoloq bildirib ki, bu, həm də məğlubiyyətə düçar olan Ermənistanın yanında olan rəsmi Parisə bir mesaj idi:

“Yəni rəsmi Paris bu proseslərdən kənarda qalacaq. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistanla birlikdə olan ölkələr gec-tez məğlubiyyəti onunla birlikdə dadacaq. Bu, hər sahədə belədir”.

Oxuməni.az