Erməni faşistlərinə qucaq açan Niderlandın qara tarixi soyqırımlarla  doludur

Erməni faşistlərinə qucaq açan Niderlandın qara tarixi soyqırımlarla doludur

9 Dekabr 2020 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, keçmiş və qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən Niderland parlamentinin ultra-sağçı, antitürkiyə və faşist ideologiyasına mənsub ermənipərəst deputatlarının qaranlıq və soyqırımlarla zəngin tarixlərinə baxmaları daha doğru olar. Sahəsi Azərbaycandan az – 41.528 km, əhalisi isə az fərqlə çox – 17.306.912 nəfər olan bu ölkə dünya tarixinə misilsiz soyqırım aktları törədərək iz qoyub.

Oxuməni.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunması haqda danışarkən axar.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün Azərbaycan və Türkiyə əleyhinə əsassız iddialarla çıxış edən və heç bir hüquqi əsası olmayan “tövsiyə xarakterli” qətnamələr qəbul edən ölkələrin nədənsə yaxın keçmişləri soyqırım, qətliam və insanlığa yaraşmayan aktlarla zəngindir:

“Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.

Keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdı. Fildişi Sahili, Qana, Cənubi Afrika, Anqola, Namibiya və Seneqalda müstəmləkəsi olan Niderland eyni zamanda irqçiliyin də banilərindəndir. Afrikadakı müstəmləkələrini nəzarətdə saxlamaq üçün yerli qaradərili xalqları kütləvi qətl edən, sağ qalanları isə Şimali və Cənubi Amerikadakı müstəmləkələrinə kölə kimi aparan bu ölkə fərqli qitələrin ağdərili və qaradərili insanlarının da bir-birinə irqçilik etməsinə zəmin yaradıb”.

Politoloqun sözlərinə görə, ərazisinə görə Fransadan xeyli kiçik olan Niderlandın soyqırım tarixi Fransadan böyükdür:

“Niderlandın Afrikadakı müstəmləkə izlərindən ən çox bilinəni xoixoi xalqına qarşı soyqırımdır. 1659, 1673 və 1674-1677 illər ərzində xoixoi qəbiləsini kölələşdirmək üçün ard-arda soyqırımlar edən Niderland, görəsən, bu faktları unudub, ya unutmaq istəyir?

Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdu. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilmişdi. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. Halbuki bu gün bu ölkənin parlamentinin deputatları Azərbaycanı radikal islamçılıqda və terrorçuluqda ittiham edir. Görəsən, İndoneziyada illərlə aparılan missioner fəaliyyəti, müsəlman əhalinin sıxışdırılması, soyqırıma məruz qalması nədir?

Biz Niderlad parlamentinə bu və bu kimi bir çox real tarixi faktları təqdim edə bilərik. Bəlkə bu zaman kimi nədə ittiham ediklərini anlayar, reallığın şilləsi ilə özlərinə gələrlər”.

Oxuməni.az