Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının  üçtərəfli görüşü təxirə salınıb

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü təxirə salınıb

18 Fevral 2021 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının doqquzuncu üçtərəfli görüşü təxirə salınıb.

Oxuməni.az xəbər verir ki, buna səbəb Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərinin təxirə düşməsidir.

Gürcüstan XİN-dən səfərin təxirə salındığını təsdiqləyiblər. Buna səbəb Baş nazir Georgi Qaxariyanın istefa verməsidir.