Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ad gününə Azərbaycandan hədiyyə: "Xalqın adamı"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ad gününə Azərbaycandan hədiyyə: "Xalqın adamı"

26 Fevral 2021 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın tanınmış jurnalistləri Şahin AydəmirOsman Məmmədov Türkiyə Resublikasının Prezidenti, çağdaş Türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğana ad gününə özlərinəməxsus, olduqca orijinal hesab edilən hədiyyə ediblər. Belə ki, Şahin Aydəmir Osman Məmmədov çağdaş Türk və islam dünyasının məşhur lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ad gününə onun keçdiyi şərəfli həyat yoluna həsr edilən "Xalqın adamı" kitabı ilə gəliblər. Olduqca nəfis şəkildə çap edilən "Xalqın adamı" kitabında istedadlı qələm sahibləri olan həmkarlarımız Şahin AydəmirOsman Məmmədov Türk dünyasının əvəzedilməz liderlərindən biri olan Rəcəb Tayyib Ərdoğanın həyat yolunu ən xırda incəliyinə qədər təsvir edərək şirin, olduqca maraqlı bir tərzdə oxuculara çatdırıblar. Kitabda Prezident Rəcəb Tayyyib Ərdoğanın həyatı ilə bağlı bugün nəinki Azərbaycan, həm də qardaş Türkiyədə çoxlarına məlum olmayan faktlar verilib. Necə deyərlər Prezident Rəcəb Tayyib Ərdoğanın həyatı tam şəkildə "Xalqın adamı" kitabında öz əksini tapıb.

Kitabda qardaş ölkənin Prezidenti Rəcəb Tayiib Ərdoğanın Azərbaycan sevgisi, Azərbaycan-Türkiyə dostluğunun möhkəmləndirilməsində oynadığı rol, Prezident İlham Əliyevlə səmimi qardaşlıq münasibətləri, o cümlədən Qarabağ münaqişəsinin həllində və qazandığımız qələbələrə, torpaqlarımızın işğaldan azad edilməsinə verdiyi böyük dəstək və əvəzedilməz töhfələr də məharətlə, böyük sevgi və məhəbbətlə oxuculara çatdırılır. Əslində bütün keyfiyyətlərinə, dərindən araşdırılaraq yazılmasına görə" Xalqın adamı" kitabını cəsarətlə elmi tədqiqat əsəri hesab etmək olar. "Xalqın adamı" kitabının həmmüəllifi Şahin Aydəmir bizimlə söhbətində qeyd edib ki, Türk dünyasının böyük lideri Rəcəb Tayyib Ərdoğanın həyatına həsr edilən kitabı yazmaqla nəinki Azərbaycan və Türkiyənin, həm də Türk-İslam aləminin ona olan məhəbbətini nümayiş etdirmək istəyiblər. Şahin Aydəmir: "Hörmətli Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasının lideridir və torpaqlarımızın erməni işğalından azad edilməsində onun böyük xidmətləri var. Biz onunla həmişə fəxr edir, qürur duyuruq. Gələcək nəsillər də sayın Rəcəb Tayyib Ərdoğanla fəxr edəcəklər",-deyib.

Əziz Mustafa, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist