Hikmət Hacıyev Xocalı soyqırımından yazdı

Hikmət Hacıyev Xocalı soyqırımından yazdı

26 Fevral 2021 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik! Ədalət barışığın vacib bir hissəsidir.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitterdə yazıb.

"Xocalı soyqırımını törədənlər irqçilik, ayrı-seçkilik, etnik nifrət ideologiyasına əsaslanan Ermənistanda qəhrəman olaraq qiymətləndirilirlər",- o qeyd edib.

Xatırladaq ki, əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Oxuməni.az