Azərbaycan Ordusunun sülhməramlılarla toqquşması üçün təxribatlar  baş verə bilər

Azərbaycan Ordusunun sülhməramlılarla toqquşması üçün təxribatlar baş verə bilər

1 Mart 2021 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələri onsuz da tam döyüş hazırlığındadır və hər an Ermənistanın hərbi bölmələri və digər silahlı birləşmələri tərəfindən ediləcək mümkün təxribatın qarşısını almağa hazırdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev Ermənistanda çevriliş cəhdinin Azərbaycan ərazisinə - Rusiya sülhməramlılarının məsuliyyət zonasına daşına biləcəyi və həm sərhəddə, həm də Qarabağda təxribatlar olacağı barədə gedən müzakirələrə münasibət bildirərkən axar.az-a deyib.

“Bununla yanaşı, Azərbaycan Ordusunun sülhməramlılarla toqquşması üçün təxribatlar həqiqətən də baş verə bilər. Lakin hadisələrin bu variantı artıq öncədə nəzərə alınıb. Buna görə də Rusiya ilə Azərbaycan, Türkiyə də daxil olmaqla, bu cür hadisələrin qarşısını almaq üçün müəyyən razılaşmalara gəliblər. Bu məqsədlə hazırda Azərbaycanın qərb rayonlarında və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı Rusiya-Türkiyə Monitorinq Mərkəzi tərəfindən xüsusi işlər aparılır”, - deyə müsahibimiz qeyd edib.

Oxuməni.az