“Ermənistanın revanşist əhval-ruhiyyəsi onların yeni reallıqları qəbul etmədiklərini göstərir”

“Ermənistanın revanşist əhval-ruhiyyəsi onların yeni reallıqları qəbul etmədiklərini göstərir”

8 Aprel 2021 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan tərəfindən revanşist əhval-ruhiyyə görürük, bu da onların yeni reallıqları qəbul etmədiklərini göstərir”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və ölkəmiz beynəlxalq hüququn bütün normalarını nəzərə alaraq, Ermənistanla münasibətlərin normallaşmasına sadiqdir, lakin Ermənistan qeyri-konstruktiv mövqeyə sadiq qalmağa davam edir:

“Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini nə Azərbaycana, nə də beynəlxalq təşkilatlara təhvil verib”.