Ərdoğan qondarma soyqırımı tanıyan Baydenə bu cavabı verəcək - ŞOK İDDİA

Ərdoğan qondarma soyqırımı tanıyan Baydenə bu cavabı verəcək - ŞOK İDDİA

28 Aprel 2021 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanımasına cavab olaraq, PYD/YPG terror təşkilatına qarşı əməliyyatlara başlaya bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə iddia “Blumberq” agentliyinin dərc etdiyi məqalədə qeyd olunub.

Rəsmi mənbələrə istinadən edən agentliyin iddiasına görə, Türkiyə bundan başqa 1980-ci ildə ABŞ-la imzaladığı müdafiə və iqtisadi əməkdaşlıq anlaşmasını dondura bilər.

Məsələ ilə bağlı teleqraf.com xatırladır ki, sözügedən anlaşma həm Türkiyə, həm də ABŞ-a təhlükəsizlik yardımı təmin edən kəşfiyyat məlumatlarının mübadiləsini, birgə hərbi təlimlərin təşkilini və ABŞ-a Türkiyədəki hərbi bazalardan istifadə hüququ verməsini ehtiva edir.

“Blumberq”ə açıqlama verən bir Türkiyə rəsmisi qeyd edib ki, Baydenin açıqlaması səbəbindən PYD-yə qarşı hərbi əməliyyat variantı artıq Ankaranın masasına qoyulub.