Bir medalın iki üzü – Züqanov və Jirinovski
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski hesab edir ki, ölkə hakimiyyəti Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovu, "Ədalətli Rusiya" Partiyasının həmsədrləri Sergey Mironovu və Zaxar Prilepini həbs etməlidir. Bu hay-küylü siyasətçinin tələbi ilə bağlı Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinovun mövqeyini öyrəndik:
Oxuməni.az xəbər verir ki, Gennadi Züqanov 90-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının parçalanmasında, kiçilməsində ən böyük xidmət göstərmiş opportunustdir – Ədalət Abdinov dedi - Rus burjuaziyasının əlaltısı olan bu tip Rusiya Kommunist Partiyasını ələ keçirəndən sonra təşkilat məqsədyönlü şəkildə zəhmətkeşlərin siyasi rəhbər rolunu itirdi. Siz onun çıxışlarına fikir versəniz görərsiniz ki, o bir dəfə də olsun cəmiyyətdə əsas bəlaların səbəbkarı olan xüsusi mülkiyyətin ləğvinə toxunmur. Sözdə kommunist, əməldə isə kapitalizmin qəbuledilməz bəzi dəyərlərinə, burjua motivlərinə meyillidir.
Məsələ ilə bağlı Oxuməni.az-a açıqlama verən Ədalət Abdinov Vladimir Jirinovskinin Gennadi Züqanovu həbs etmək iddiasına toxunaraq bildirdi ki, rus burjua hakimiyyəti ona xidmət edənləri qoruduğu üçün hesab edirəm ki, bu mümkün deyildir. Ancaq Züqanovun hakim rus burjuaziyası üçün istifadə müddətinin bitməsini də istisna etmirəm.
Vladimir Jirinovskinin solçu partiyaları eşelonlarla Sibirə” göndərməyə, "kommunizm" və "sosializm" sözlərini qadağan etməyə çağırışı isə sərsəmlik əlamətidir – Ədalət Abdinov vurğuladı - Jirinovski rus hakimiyyətinin cib müxalifətidir. O, dəfələrlə Kommunist Partiyasının ünvanına cəfəng, boş, mənasız, dəyərsiz sözlər söyləmişdir. Əgər Züqanov doğurdanda kommunistlərin təəssübünü çəkən partiya sədridirsə, niyə haqq etdiyi qanunun gücündən istifadə etməklə çox yaxın ünsiyyətdə olduğu Vladimir Jirinovskiyə cavab vermir? Məncə, bu fakt bir daha onun ikili mövqeyini ortaya qoyur. Bir qədər də açıq desəm, Züqanov və Jirinovski bir medalın iki üzüdürlər.
Ədalət Abdinov daha sonra qeyd etdi ki, Rusiya Kommunist Partiyasının başçılığı ilə rus xalqı üç inqilabın: 1905-1907-ci illər burjua-demokratik inqilabının, 1917-ci il Fevral burjua-demokratik inqilabının və Böyük Oktyabr sosialist inqilabının alovları içərisindən keçib çar mütləqiyyətini, mülkədar və kapitalistlər hakimiyyətini devirmişdir. Bu partiyanın rəhbərliyi altında dünyada ilk sosializmə yol açılmış, bununla bəşəriyyət tarixində yeni dövrün təməli qoyulmuşdur. Dövlət qeydiyyatından keçmiş, qanuni əsaslarla fəaliyyət göstərən bu partiya hələlik Gennadi Züqanov kimi siyasi sürüşkənlərin əlində olsa da, Vladimir Jirinovskinin onun bağlanması, "qarşısına mövcud hakimiyyəti devirmək və hansısa cəmiyyət qurmaq məqsədi qoyan" partiya kimi dövlət əleyhinə birliklərin reyestrinə daxil etmək çağırışı bir siyasət dəllalında demensiya pataloji sindromun əlamətidir.











































































.jpg)


















