"Qarabağ" Çempionlar Liqasında "Ayaks"a biabırçı şəkildə məğlub olub
UEFA Çempionlar Liqasının ümumi turnirinin altıncı turunun oyunu keçirilib. "Qarabağ" Bakıda Tofiq Bəhramov adına stadionda Niderlandın "Ayaks" futbol klubunu qəbul edib.
Oyun Hollandiya klubunun 4-2 hesablı qələbəsi ilə başa çatıb. Onuncu dəqiqədə Kamilo Duran ev sahiblərinə üstünlük qazandırıb. 39-cu dəqiqədə Kasper Dolberq bərabərlik qolunu vurdu. 47-ci dəqiqədə Azərbaycan klubu Mateus Silvanın qolu sayəsində yenidən hesabda irəli çıxıb. 79-cu dəqiqədə Oskar Qlux bərabərlik qolunu vurub. Dörd dəqiqə sonra Anton Qozi qələbə qolunu vurdu. Qlux matçın sonunda özünün ikinci, komandasının isə 4-cü qolunu "Qarabağ"ın qaısından keçirib. Beləliklə, bu mövsüm ÇL-də 5 oyunun hamısında uduzmuş Amsterdam təmsilçisi ilk xal və qələbəsini Bakıda qazanıb.
Əslində "Qarabağ" əvəzetməyə kimi meydanda dha yüksək səviyyədə oyun nümayiş etdirirdi və artıq hamı qələbənin yaxın olduğunu düşünürdü. Lakin Nəriman Axundzadənin və Aleksey Kaşukun meydana buraxılmasından sonra "Qarabağ"ın oyununda intizamsızlıq, çaşqınlıq əmələ gəldi. "Xarici klublar"dan təklif aldığı gen-bol reklam edilən Nəriman meydanda top uğrunda mübarizə aparmaq əvəzinə hücum xəttində dayanaraq həmkarlarından ötürmə gözləyirdi. Onun bu hərəkəti isə onun oyun həmkarlarında xoşagəlməz təsir buraxdı. Faktiki olaraq Nəriman meydanda artıq adama çevrilmişdi, hərəkət etmək istəmirdi. Təbii ki, top uğrunda mübarizə aparmaq istəməyən Nərimanı hətta xarici klubların III-IV liqası belə heyətində görmək istəməz... Nəriman istedalı oyunçudur və bunu etiraf etmək lazımdır. Lakin həddindən artıq özündən razıdır və bu da onun belə demək mümkünsə "ulduzunun" sönməkdə olduğunu göstərir. Onun bu hərəkətləri azarkeşlər tərəfindən də əsəbiliklə qarşılanırdı. Baş məşqçi Qurban Qurbanov da oyundan sonra verdiyi açıqlamada azarkeşlərin Nərimandan narazı olduğunu söyləyərək bu barədə əlavə nə isə deməyə ehtiyac olmadığını vurğuladı.
Əslində Nərimanı və Kaşuku meydana buraxmaqla Qurban Qurbanov da oyunçular arasında əlaqələrin pozulmasına və düşgünlüyə gətirib çıxaran, məğlubiyyətə səbəb olan bağışlanmaz bir səhv buraxdı. Digər tərəfdən də meydanda əzmkarlıq nümayiş etdirən Adday ən əlverişli vəziyyətdə olan həmkarlarına ötürmə verməkdə xəsislik edərək özü qol vurmağa çalışırdı. Onun uzaqdan endirdiyi zərbələr isə kifayət qədər effektli olmurdu. Ümumiyyətlə Adday meydanda fərdi oyuna üstünlük verir ki, bu da Qurban Qurbanovun komanda oyununa uyğun gəlmir.
Bütün hallarda milyonlarla "Qarabağ" azarkeşinin komandadan qalibiyyət gözləməsinə baxmayaraq məğlub olduq və bununla da son illərdə əlimizə düşən ən əlverişli imkandan istifadə edərək adımızı ən azı ilk 10-luqda və ya 16-lıqda görmək arzumuza çata bilmədik. Bir də belə fürsətin nə vaxt ələ düşəcəyini söyləmək isə çətindir.
PS. Yəqin ki, belə bir ağır və gözlənilməz məğlubiyyətdən sonra "Qarabağ"ın növbəti oyununda biletlər daha qara bazarda satılmayacaq...
Bu məğlubiyyətdən sonra "Qarabağ" Çempionlar Liqasının turnir cədvəlində yeddi xalla 21-ci, "Ayaks" isə üç xalla 33-cü yerdədir.
Əziz MUSTAFA
Digər oyunların nəticələri isə belə olub:
21:45."Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.
21:45."Vilyarreal" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 2:3
Qollar: Komesana, 47. Oluvaseyi, 56 – Elyunussi, 2. Aşuri, 48. Kornelius, 90.
00:00. "Atletik" (İspanaiya) - PSJ (Fransa) - 0:0
00:00. "Bayer" (Almaniya) - "Nyukasl" (İngiltərə) - 2:2
Qollar: B.Gimarayns, 13-öz qapısına. Qrimaldo, 88 – Qordon, 51-pen. Mayli, 74.
00:00. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya) - 2:0
Qollar: R.Rios, 20. Barreyro, 49.
00:00."Brügge" (Belçika) - "Arsenal" (İngiltərə) 0:3
Qollar: Madueke, 25; 47. Martinelli, 56.
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Bodo/Qlimt" (Norveç) - 2:2
Qollar: Brandt, 18; 51 – Alesami, 42. Hauqe, 75.
00:00. "Yuventus" (İtaliya) - "Pafos" (Kipr) - 2:0
Qollar: Makkenni, 67. C.David, 73.
00:00 "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Rodriqo, 28 – Orayli, 35. Haland, 43-pen.





















.jpg)
.jpg)
.jpg)





















































.jpg)
.jpg)
.jpg)












