Messi Ağ Evdə Trampla görüşdü

Messi Ağ Evdə Trampla görüşdü

10:40
Bəyəndim (1) Bəyənmədim (0)


"İnter Mayami" futbolçuları Vaşinqtondakı Ağ Evə səfər edərək ABŞ prezidenti Donald Trampla görüşüblər. Oxuməni.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
"İnter"in digər oyunçuları arasında argentinalı hücumçu Lionel Messi də Trampla görüşə qatılıb.
"İnter Mayami" komandası hazırkı MLS çempionu kimi Ağ Evə dəvət olunub.
Messi ABŞ prezidentinin rəsmi iqamətgahında ilk dəfə olub. Daha əvvəl, 2024-cü ildə ABŞ-ın 46-cı prezidenti Co Bayden argentinalını Prezident Azadlıq Medalı ilə təltif etmişdi, lakin Messi sıx qrafikini əsas gətirərək təqdimat mərasiminə qatılmamışdı. Medal qiyabi olaraq təqdim edilmişdi.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində argentinalı bütün turnirlərdə 90 oyun keçirib, 79 qol vurub və 44 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri təxminən 15 milyon avro qiymətləndirilir.
Almaz Həsənli