Azərbaycan “Avropa Universitetlərinin Sammiti”ndə iştirak edir

Azərbaycan “Avropa Universitetlərinin Sammiti”ndə iştirak edir

15:16
Bəyəndim (2) Bəyənmədim (0)


5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Avropa Universitetlərinin Sammiti” açıldı. “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Azərbaycan nümayəndə heyətinə agentliyin və ölkənin beş aparıcı ali təhsil müəssisəsinin nümayəndələri daxildir.
Sammitdə Azərbaycan universitetləri ölkənin pavilyonunda və xüsusi stendlərdə təmsil olunur. Ziyarətçilər universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, tədqiqat fəaliyyətləri və inkişaf sahələri haqqında məlumat əldə edə bilərlər.
Beynəlxalq tədbirdə iştirak qlobal akademik birlikdə ali təhsilin təşviqi, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və universitetlərin beynəlxalq reytinqlərdəki mövqelərinin möhkəmləndirilməsi üçün vacibdir.
Qeyd edək ki, “Avropa Universitetlərinin Sammiti” ali təhsil sahəsində aparıcı universitetləri, qərarvericiləri və ekspertləri bir araya gətirərək Avropa ali təhsil məkanının inkişaf perspektivləri üzrə fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
Almaz Həsənli