Ərdoğan İTÜ-nün Qarabağ Universitetində akademik bölmələrinin yaradılmasını təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetinin (İTÜ) Xankəndi şəhərindəki Qarabağ Universitetinin nəzdində akademik bölmələrinin yaradılması haqqında qərarı imzalayıb. Oxuməni. az xəbər verir ki, sənədin mətni "Resmi Gazete"də dərc olunub.
Sənəddə deyilir: "Ali təhsil haqqında 2547 saylı Qanunun 39-cu (əlavə) maddəsinə uyğun olaraq, İstanbul Texniki Universiteti rektorluğuna tabe olmaqla, Azərbaycan Respublikasının Qarabağ Universitetinin tərkibində akademik bölmələrin açılması qərara alınıb".
Daha əvvəl Azərbaycan Elm və Təhsil Nazirliyi 2026/27-ci tədris ilindən etibarən Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə mühəndislik ixtisasları üzrə ikili diplom proqramının işə salınması planları barədə məlumat vermişdi. İTÜ ilə proqram dörd mühəndislik sahəsini əhatə edir: inşaat, elektrik, mexanika və kimya mühəndisliyi.
Bundan əlavə, tərəflər Qarabağ Universitetinin akademik kadr potensialının inkişafı üçün İTÜ-də magistrant və doktorantların hazırlanması barədə razılığa gəliblər.
İstanbul Texniki Universiteti (İTÜ) dünyanın ən qədim texniki ali məktəblərindən biridir. Universitet mühəndislik, memarlıq, kompüter və digər texniki istiqamətlər üzrə tədris aparır, beynəlxalq mübadilə proqramlarında fəal iştirak edir və ikili diplom proqramları təklif edir. Universitetin tərkibində 340-dan çox laboratoriya, nüvə reaktoru da daxil olmaqla 12 tədqiqat institutu fəaliyyət göstərir.
Almaz Həsənli





























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)






























