İraqda pilotsuz təyyarə evin damına düşüb

İraqda pilotsuz təyyarə evin damına düşüb

30 Yanvar 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın şimal-şərqindəki Kərkük əyalətindəki yaşayış binasının damına naməlum pilotsuz uçuş aparatı (İHA) düşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Shafaq xəbər portalı yerli təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə bazar ertəsi səhər tezdən baş verib. Pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində itki yoxdur.

İlkin məlumatlara görə, Fransa Silahlı Qüvvələrinə aid ola bilər. Baş verənlərin digər təfərrüatları verilmir.

İraqın Rudav telekanalının məlumatına görə, İHA-nın qəzaya uğramasına texniki nasazlıq səbəb olub.

Əziz Mustafa, Oxuməni.az