Qazaxıstanda Qələbə paradı keçirilməyəcək

Qazaxıstanda Qələbə paradı keçirilməyəcək

15:13
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan Müdafiə Nazirliyi NUR.KZ müxbirinin bu il Vətən Müdafiəçisi Günü və Qələbə Günü şərəfinə parad keçirilməsinin planlaşdırılıb-planlaşdırılmadığı barədə sualına cavabında deyib ki, bu il heç bir parad keçirilməyəcək.

Onun sözlərinə görə, paradın əvəzində hərbi-vətənpərvərlik tədbirləri planlaşdırılır:

  • Cəsarət dərsləri;
  • Ən yaxşı hərbi qulluqçuların şərəfləndirilməsi;
  • Veteranların şərəfləndirilməsi;
  • Ekoloji aksiyalar;
  • Hərbi orkestrin yürüşləri;
  • Yaradıcı qrupların çıxışları;
  • Texnika və silah sərgisi;
  • Əsgər sıyığı kampaniyası;
  • Açıq qapı günləri.

Xatırladaq ki, ötən il Astanada Böyük Qələbənin 80 illiyi şərəfinə genişmiqyaslı hərbi parad keçirildi. Parada 4000-dən çox hərbçi, 200-dən çox hərbi texnika, cəbhə, ordu və hərbi nəqliyyat aviasiyasından 66 təyyarə və helikopter qatıldı.

Qeyd etmək lazımdır ki, əvvəlki bir neçə ildə Qazaxıstan Qələbə Günü və ya Vətən Müdafiəçisi Günü şərəfinə hərbi paradlar keçirməmişdi. Müdafiə Nazirliyi bunu büdcə qənaəti ilə izah edirdi.

2024-cü ildən əvvəl Qazaxıstan ordusunun qüdrəti yalnız 2018-ci ildə nümayiş etdirilib. 2019-cu ildə parad Karatal təlim poliqonunda keçirilən genişmiqyaslı "Aybalta 2019" təlimləri ilə əvəz olundu. Onlarda 8000-dən çox hərbi qulluqçu, 1500 yerüstü nəqliyyat vasitəsi və 50-dən çox hava vasitəsi iştirak edib.

Əziz MUSTAFA