İsrailin İstanbuldakı konsulluğuna silahlı hücum olub

İsrailin İstanbuldakı konsulluğuna silahlı hücum olub

15:39
Bəyəndim (2) Bəyənmədim (0)

İstanbulun Beşiktaş rayonundakı İsrail konsulluğuna silahlı hücum olub. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin "Karar" qəzeti məlumat yayıb.

Atışma nəticəsində iki polis əməkdaşı yaralanıb, üç hücumçu zərərsizləşdirilib. "Anadolu" agentliyinin məlumatına görə, atışma başlayandan sonra Beşiktaş rayonuna çoxsaylı polis bölmələri və təcili yardım briqadaları cəlb olunub.

Türkiyənin Ədliyyə Naziri Akın Gürlek hadisə ilə bağlı istintaqa başlandığını bildirib. Hadisə yerinə gələn İstanbul Baş Prokurorunun müavini və daha iki əməkdaş istintaqa cəlb olunub.

AFP qeyd edir ki, hücum zamanı konsulluqda İsrail diplomatları olmayıb. "The Jerusalem Post" xəbər verir ki, konsulluq ən azı iki il əvvəl bağlanıb və orada əməkdaşların olmaması ehtimal edilir. Reuters isə İsrail konsulluğu ərazisində mütəmadi olaraq silahlı polis qüvvələrinin mövcud olduğunu dəqiqləşdirir.

Almaz Həsənli