Politico: Netanyahu İranla atəşkəsi pozmağa çalışır

Politico: Netanyahu İranla atəşkəsi pozmağa çalışır

9 Aprel 11:14
Bəyəndim (2) Bəyənmədim (0)


İsrailin baş naziri Binyamin Netanyahu, Livanın cənubunda şiə hərəkatı "Hizbullah"ın obyektlərinə zərbələr endirməklə İranla əldə olunmuş atəşkəsi pozmağa çalışa bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqı rəsmisinə istinadən yazıb.
Nəşrin mənbəsinə görə, İsrail baş naziri Livanın cənubunda "Hizbullah" şiə hərəkatının obyektlərinə hücumları dayandırmaq niyyətində deyil. Daha əvvəl İran bu səbəbdən ABŞ-ı atəşkəs şərtlərini pozmaqda ittiham etmişdi.
"Netanyahu atəşkəsi pozmağa çalışa bilər", - deyə nəşrdə bildirilir.
Bununla belə, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, İsrailin Livana zərbələrinin dayandırılması "Hizbullah" şiə hərəkatı səbəbindən İranla atəşkəs razılaşmasına daxil edilməyib.
Xatırladaq ki, bir gün əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti İrana zərbələr endirməyi dayandırdığını, lakin Livandakı "Hizbullah" üzvlərinə hücumları davam etdirəcəyini bildirmişdi.
İran isə öz növbəsində, atəşkəsdən sonra Livana endirilən zərbələrə görə İsrailə qarşı cavab əməliyyatı keçirmək imkanını nəzərdən keçirdiyini bildirib və İsraili razılaşma şərtlərini pozmaqda ittiham edib.
Amerikalı lider Donald Tramp aprelin 8-nə keçən gecə İranla iki həftəlik atəşkəs razılaşmasının əldə olunduğunu bildirib. İran Xarici İşlər Naziri Abbas Ərakçı daha sonra Hörmüz boğazının açıldığını elan edib.
Almaz Həsənli