İsrailin Livana hava hücumları nəticəsində ölənlərin sayı 254-ə çatıb

İsrailin Livana hava hücumları nəticəsində ölənlərin sayı 254-ə çatıb

10:12
Bəyəndim (1) Bəyənmədim (0)

Əl-Cəzirə xəbər verir ki, İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı ən azı 254-ə çatıb, mindən çox insan yaralanıb.

Məlumatda deyilir: "Çərşənbə günü baş verən hücumlar nəticəsində ən azı 254 nəfər ölüb, daha 1165 nəfər yaralanıb".

Livanın Səhiyyə naziri Rakan Nasserdin, İsrailin ölkəyə 100-dən çox hava hücumu başlatdıqdan sonra Livanın "təhlükəli eskalasiya" ilə üzləşdiyini söylədi. Naseredin əlavə etdi ki, təcili yardım maşınları hələ də yaralıları xəstəxanalara daşıyır və beynəlxalq təşkilatları kömək göstərməyə çağırdı.

8 apreldə Prezident Tramp Hörmüz boğazının tam və dərhal açılması müqabilində İrana hücumların iki həftə müddətinə dayandırılacağını elan etdi.

İsrail ABŞ-ı dəstəklədi, lakin rəsmilər atəşkəsin Livana şamil olunmayacağını qeyd etdilər. Elə həmin gün İsrail Müdafiə Qüvvələri (İMQ) hərbi əməliyyatın başlanğıcından bəri Livanda Hizbullah infrastrukturuna edilən ən böyük hücumun başa çatdığını elan etdi. ABŞ həmçinin Livanın atəşkəs razılaşmasının bir hissəsi olmadığını bildirdi. Fars agentliyi Livana edilən hücumlardan sonra İranın Hörmüz boğazını yenidən bağladığını bildirdi.

Əziz MUSTAFA