Braziliyada daşqın nəticəsində ölənlərin sayı 46-ya çatıb

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 46-ya çatıb

11:29
Bəyəndim (3) Bəyənmədim (0)

Braziliyanın cənub-şərqindəki Minas Gerais əyalətində leysan yağışlar nəticəsində ölənlərin sayı 46-ya çatıb, daha 21 nəfər itkin düşüb.

Reuters agentliyinin ştat yanğınsöndürmə idarəsinə istinadən verdiyi məlumata görə, Juiz de Fora və Uba şəhərlərinin 3600-dən çox sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Agentliyin məlumatına görə, Juiz de Fora administrasiyası yüksək riskli daşqın bölgələrinin sakinlərini təxliyə etməyə çağırıb. İnsanlara şəhər rəhbərliyi tərəfindən hazırlanmış müvəqqəti sığınacaqlara köçmək tövsiyə olunur. Braziliya federal hökuməti bölgəyə yardımı sürətləndirərək tibb işçiləri və milli müdafiə mütəxəssisləri göndərib.

Fevralın 25-də Braziliya hakimiyyəti leysan yağışlar nəticəsində ölənlərin sayının 30-dan çox olmadığını, təxliyə edilən vətəndaşların sayının isə 440 olduğunu bildirdi. Braziliyada dekabrdan marta qədər hər il yağış mövsümü olur, tez-tez leysan yağışlar, daşqınlar və torpaq sürüşmələri olur. Lakin, 2026-cı ilin fevral ayının sonuna qədər cənub və şərq ştatlarında yağıntı normadan artıq olub. Juiz de Fora şəhəri üçün ötən ay şəhərin tarixində ən yağışlı ay olub.

Əziz MUSTAFA