Tramp: İran bərpa prosesinə başlaya bilər

Tramp: İran bərpa prosesinə başlaya bilər

11:06
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Tramp, İranın bərpa prosesinə başlaya biləcəyini iddia edir.
Oxuməni.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran bərpa prosesinə başlaya bilər. Biz hər cür malların tədarükünü artıracaq və hər şeyin düzgün getdiyinə əmin olmaq üçün sadəcə "yaxınlıqda olacağıq". Əminəm ki, belə də olacaq. ABŞ-da olduğu kimi, bu, Yaxın Şərq üçün Qızıl Əsr ola bilər", - deyə paylaşımda bildirilir.
Tramp hazırkı anı "bütün dünya üçün böyük bir gün" adlandırıb. O, vurğulayıb ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasına kömək edəcək.
Daha əvvəl Vaşinqton və Tehran arasında aparılan danışıqların bəzi təfərrüatları məlum olub. Donald Tramp İranın enerji infrastrukturuna mümkün zərbələrin iki həftə təxirə salındığını elan edib. ABŞ və İran arasında ilk sülh danışıqları raundunun İslamabadda keçiriləcəyi gözlənilir. Pakistanın paytaxtındakı danışıqlar aprelin 10-da baş tuta bilər.
Almaz Həsənli