Yoldan keçən şəxs avtomobildən 46 milyonun oğurlanmasının qarşısını alıb
Moskvada təsadüfən yoldan keçən bir nəfər avtomobildən içərisində 46 milyon rubl olan çantanı oğurlayan şəxsi saxlayıb.
Məlumatı Moskva şəhər prokurorluğu öz Telegram kanalında yayımlayıb.
Adı açıqlanmayan bir şəxs öz sürücüsünə banka pul aparmağı tapşırıb. Sürücü pul olan çantanı maşına qoyub və yolüstü nahara dayanıb. Oğru isə sürücünün küçədə saxladığı avtomobildən uzaqlaşmasından istifadə edib.
Həmin yerdən təsadüfü keçən şəxs isə cinayətkarı saxlayaraq oğurluğun qarşısını ala bilib.
Oxuməni.az
Digər xəbərlər