ABŞ dövlət katibi Rubio və müdafiə naziri Hegsetin yaşadığı hərbi bazanın üzərində naməlum dronlar görünüb

ABŞ dövlət katibi Rubio və müdafiə naziri Hegsetin yaşadığı hərbi bazanın üzərində naməlum dronlar görünüb

13:03
Bəyəndim (2) Bəyənmədim (0)


Amerika rəsmiləri Vaşinqtondakı Fort Makneyr hərbi bazasının üzərində, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Hegsetin yaşadığı yerdə naməlum dronlar aşkar ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat verib.
Tramp administrasiyasının bir nümayəndəsinin sözlərinə görə, son on gün ərzində gecələrdən birində bazanın üzərində bir neçə pilotsuz təyyarə müşahidə edilib. WP-nin iki mənbəsinə istinadən xəbər verilir ki, bu hadisə rəsmiləri Rubio və Hegsetin köçürülməsi ehtimalını nəzərdən keçirməyə vadar edib.
Pentaqonun nümayəndəsi Şon Parnell bildirib ki, nazirlik təhlükəsizlik səbəblərindən Hegsetin hərəkətləri barədə şərh verə bilmir və belə məlumatların yayılmasını "son dərəcə məsuliyyətsiz" adlandırıb.
“Fort Lesli Makneyr” bazası Kapitoliyə və Ağ Evə yaxın yerdə yerləşir. Orada Milli Müdafiə Universiteti və Pentaqonun ali rəhbərliyi yerləşir. "The Washington Post" qeyd edir ki, ənənəvi olaraq siyasi liderlərin yaşayış yeri olmasa da, getdikcə daha çox Tramp administrasiyasının nümayəndələri təhlükəsizlik səbəblərini əsas gətirərək hərbi bazalara köçürlər.
Almaz Həsənli