Başqa bir ölkə İranla müharibəyə girməyə hazırlaşır

Başqa bir ölkə İranla müharibəyə girməyə hazırlaşır

11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın İrana qarşı zərbələrinə qoşulmaq qərarına gələ bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, mənbələrdən biri krallığın müharibəyə girməsinin yalnız an məsələsi olduğunu qeyd edib.

Münaqişədən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti İrana qarşı zərbələr üçün öz ərazisindən və hava məkanından istifadəyə icazə verməkdən imtina edib. Lakin mənbələr WSJ-yə bildiriblər ki, Ər-Riyad bu yaxınlarda ABŞ ordusuna ölkənin qərbindəki Kral Fəhd hava bazasından istifadə etməyə icazə verib.

23 martda “RİA Novosti” İslam Respublikasının təhlükəsizlik qurumlarındakı mənbəyə istinadən İranın Hörmüz boğazında yeni hüquqi rejim qurmağı planlaşdırdığını bildirib.

Almaz Həsənli