ABŞ alimləri yadplanetlilərin ola biləcəyi yerləri müəyyən ediblər

ABŞ alimləri yadplanetlilərin ola biləcəyi yerləri müəyyən ediblər

12:33
Bəyəndim (1) Bəyənmədim (0)

Kornell Universitetinin Karl Saqan İnstitutunun mütəxəssisləri ağıllı həyat formalarının mövcud ola biləcəyi planetləri müəyyən ediblər.

Oxuməni.az xəbər verir ki, bu, onların “Monthly Notices of the Royal Astronomical Society (MNRAS)” jurnalında dərc olunan tədqiqatlarının nəticələrindən irəli gəlir.

“Təhlilimiz empirik yaşayış zonasında 45 qayalı dünya və daha dar üçölçülü yaşayış zonasında 24 dünya olduğunu göstərir”, - işin mətnində deyilir.

Bu parametrlərə malik məlum planetlər arasında Proksima Centavr b də var. O, Yerdən təxminən 4,2 işıq ili məsafədədir. Qeyd olunur ki, Proksima Centavr b potensial olaraq yaşayış üçün əlverişli olan bizə ən yaxın ekzoplanetlərdən biri olaraq qalır.

Siyahıda Yerdən o qədər uzaqda yerləşən yerlər də var ki, bəşəriyyət inkişafın müasir mərhələsində onlara çata bilməyəcək. Tədqiqatın həmmüəllifi Ebigeil Bol izah edib ki, belə siyahılar tərtib etməklə astronomlar yaşayış üçün əlverişli ekzoplanetlərin axtarışına diqqət yetirə bilərlər.

Xatırladaq ki, 2025-ci ilin aprelində “Daily Mail” qəzeti yazmışdı ki, alimlər Yerdən 124 işıq ili uzaqlıqda, Şir bürcündə yerləşən, okeanla örtülü bir planetdə həyat əlamətləri aşkar ediblər. Astronomlar onu K2-18b adlandırıblar. Mütəxəssislərin fikrincə, bu planetdəki həyatı Yerdə yalnız canlı orqanizmlər tərəfindən istehsal olunan birləşmələr sübut edə bilər.

Almaz Həsənli