Ən təhlükəli alkoqol növü müəyyən edilib
Alkomed Klinikasının asılılıq üzrə mütəxəssisi və şöbə müdiri Andrey Tyurin ən təhlükəli alkoqol növünü müəyyən edib. O, Lenta.ru ilə söhbətində təlükənin saxta içkilərdən gəldiyini deyib.
"Qanunsuz alkoqol təhlükə baxımından mübahisəsiz liderdir. Hər həftə xəstələr saxta spirtli içkilər içdikdən sonra ağır zəhərlənmə ilə reanimasiyaya yerləşdirilir", - deyə Tyurin xəbərdarlıq edib.
Onun sözlərinə görə, saxta alkoqolun əsas təhlükəsi etanol əvəzinə tərkibində yüksək miqdarda fusel yağları və aldehidləri olan metanol və ya distillat qalıqlarının olmasıdır. Həkim izah edib ki, metil spirti böyrəklərə və görmə sinirinə zərər verən güclü bir zəhərdir. O, vurğulayıb ki, bu mayenin cəmi 50-100 qramı dönməz korluğa və ya ölümə səbəb ola bilər.
Əziz Mustafa


































.jpg)
.jpg)
.jpg)













































