Jurnalistin həyat yoldaşı aclıq aksiyasını dayandırıb

Jurnalistin həyat yoldaşı aclıq aksiyasını dayandırıb

24 Aprel 2014 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

İranda həbsdə olan tanınmış azərbaycanlı jurnalist Səid Mətinpurun həyat yoldaşı aclıq aksiyasını dayandırıb. Ətiyyə Tahiri bunu aprelin 23-də bir qrup azərbaycanlı fəalın təkidli xahişindən sonra edib. Lakin S.Mətinpur hələ də aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında baş vermiş toqquşma zamanı S.Mətinpur rezin dəyənəklə döyülüb. S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

Mediainfo.az