Avtomobillərdən oğurluq edən tutulub
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən apa -ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tural Məmmədli saxlanılıb. Müəyyən edilib ki, o, martın 10-na keçən gecə Pərviz Şirinova məxsus "Porshe" markalı avtomobildən, şüşəni sındırmaqla telefon, martın 18-də Mirəli Qaşqay küçəsində Mətanət Hümbətəliyevaya məxsus "Hyundai-Santafe" markalı avtomobildən, eyni üsulla içərisində 1000 manat və kosmetik ləvazimatlar olan əl çantası, aprelin 11-n keçən gecə isə Koveroçkin küçəsində İrina Hüseynovaya məxsus "Kia" markalı avtomobildən içərisində kosmetik ləvazimatlar olan əl çantasını oğurlayıb.























.jpg)










.jpg)




























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)




















