Maşın qaçıran yaxalandığını görüb qaçdı
Bakıda avtomobil qaçıran şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verir ki, sentyabrın 19-da Binəqədi rayonu ərazisindən qaçırılmış Qardaşxan Hümbətova məxsus "VAZ-2107" markalı avtomobilin sentyabrın 20-də Binə qəsəbəsinin ərazisində hərəkətdə olması Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.
Saxlanılarkən sürücü avtomobildən düşüb qaçıb.
Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elnur Əliyev və Asif Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.
Mediainfo.az
Digər xəbərlər