İtaliyada çimərliklər və kilsələr xüsusi qoruma altına alınıb
İtaliya Daxili İşlər Nazirliyi Fransadakı terror hücumlarından sonra təhlükəsizliyin möhkəmləndirilməsi çərçivəsində kilsə və çimərliklər üzərində nəzarəti gücləndirir.
Qəzetin yazdığına görə, DİN kilsələr və turizm yerləri, əsasən də çimərliklər, o cümlədən məktəblər, mədəniyyət və təhsil mərkəzləri üzərində xüsusi nəzarət yaradılması ilə bağlı xüsusi göstəriş verib. Bundan başqa, şəhər rəhbərliyi insanların kütləvi toplandığı yerlərin - kinoteatr, teatr, meydan və ticarət mərkəzlərinin, habelə mümkün terrorçuların qaçış marşrutlarını müəyyən etmək məqsədilə bu strukturların planlarının, helikopterlərin enməsi üçün meydançaların, təcili-tibbi yardım maşınlarının girişi üçün məkanların ətraflı siyahısını təqdim etmək göstərişi alıb.
İtaliya hökuməti, həmçinin terror təhlükələrinin qarşısını almaq məqsədilə tədbirlər görür. Bu işin mühüm istiqamətlərindən biri də daxilində ekstremizm və fundamentalizmin də yayıldığı həbsxanalarda monitorinq aparılmasıdır. (report)
Mediainfo.az