Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri ağır yaralanıb
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 1992-ci il təvəllüdlü Telman Əlişah oğlu Seyfullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə sol budundan güllə yarası alan əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, T. Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər