Qəzada ölənlərdən birinin kimliyi məlum olub - FOTO

Qəzada ölənlərdən birinin kimliyi məlum olub - FOTO

27 Aprel 2017 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda baş verən ağır yol qəzasında ölənlərdən birinin kimliyi məlum olub.

Bu, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur.

Xatırladaq ki, dünən Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Yaralılar "Lada Priora"-nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu,1994-cü il təvəllüdlü Ağayev Vuqar Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur.

Aqil M.