Moskvada dördüncü sinif şagirdi evdən gətirdiyi bıçaqla müəlliməni bıçaqlayıb
Rusiyanın paytaxtı Moskvada dördüncü sinif şagirdi evdən gətirdiyi bıçaqla müəlliməni bıçaqlayıb.
Rusiyada məktəbdə bıçaqlı hücum baş verib. Paytaxt Moskvada azyaşlı dördüncü sinif şagirdi evdən gətirdiyi bıçaqla müəlliməni bıçaqlayıb.
Müəllimənin yarası səthidır və həyati təhlükəsi olmadığı bildirilib. Polis hadisə ilə bağlı araşdırma başlatdığını və təcavüzkarın və onun hüquqi nümayəndələrinin dindirildiyini bildirib.
Məktəb direktoru İrina Kurçatkina ifadəsində qeyd edib ki, hadisədən sonra təcavüzkarla danışmaq üçün məktəbə polis, təcili yardım və psixoloq çağırılıb. Kurçatkina bildirib ki, şagird birinci sinifdən bəri eyni məktəbdə oxuyur və əvvəllər heç bir davranış problemi olmayıb. Məktəb rəhbərliyi şagirdin məktəbə necə bıçaq gətirdiyini araşdırır və Kurçatkina əlavə edib ki, girişdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Əziz MUSTAFA





































.jpg)


























































