Xabarovsk diyarında altı nəfər balıq tutmağa gedib yoxa çıxıb
Xabarovsk diyarında xilasedicilər və polis tayqada balıq tutmağa gedib əlaqəsini itirən altı turisti axtarır. Oxuməni.az xəbər verir ki, bu barədə “Life” SHOT-a istinadən məlumat verib.
18 apreldə altı dostdan ibarət qrup Xabarovskdan təxminən 200 kilometr aralıda yerləşən Yujnı kəndinə doğru balıq ovu səyahətinə çıxıb. Kənd tayqanın dərinliyində, çoxsaylı çaylarla əhatə olunmuş ərazidə yerləşir. Qrup mikroavtobusla Yujnıdan Katen çayına doğru Balaza çayı boyunca hərəkət edib. Yol boyu turistlər balıq tutmaq üçün bir neçə dəfə dayanıblar, bundan sonra əlaqə kəsilib.
Qrup üzvlərindən biri sonuncu dəfə 19 apreldə rabitə ilə əlaqə saxlayıb. O, bacısına hər kəsin yaxşı olduğunu yazıb. Elə həmin gün turistlərin Yujnıda yerli sakinlərdən tərk edilmiş bir kəndə gedən yolu soruşduqları görülüb. Qrup 21 apreldə qayıtmalı idi, lakin onların harada olduqları hələ də məlum deyil.
Yerli sakinlər turistlərin boğulduğundan, tayqada azdığından və ya heyvanlar tərəfindən öldürüldüyündən şübhələnirlər. Amur pələngləri, qəhvəyi ayılar və digər heyvanlar yerli meşələrdə yaşayır. Dostları həmçinin qrupun avtomobili tərk edərək Yujnıya və digər kəndlərə piyada getdiyini, lakin tayqada azdığını güman edirlər. Xilasedicilər və polis hazırda onların itkin düşdüyü yerə göndərilib.
Almaz Həsənli
















.jpg)






















.jpg)























































