VİDEO - Fukuşima faciəsini yadplanetlilər törədiblər

VİDEO - Fukuşima faciəsini yadplanetlilər törədiblər

18 Aprel 2011 19:19
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar Yer planetini işğal etmək istəyirlər

Yaponiyadakı məlum faciə haqda müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də yenicə ortalığa atılan UNO (qeyd: Uçan Naməlum Obyekt) versiyasıdır. Hadisə yerindən operativ qaydada lentə alınan kadrlarda açıq-aydın görmək olur ki, hansısa bir ağ varlıq axının əks istiqamətində hərəkət edərək xilas olmağa çalışır.

Yerli mütəxəssislərin fikrincə, bu varlıq bir müddət əvvəl naməlum şəraitdə Sakit okean adalarının birində yerə enən ekspedisiyanın üzvüdür. O, yerə hələlik məlum olmayan missiya ilə göndərilib. Deyilənə görə, Yaponiya ərazisində bir neçə belə kəşfiyyatçı var. Onlardan bəzilərinin rəngi qaradır.

Fukuşima AES-də tədqiqat aparan Yaponiya Aerokosmik Mərkəzinin nümayəndəsi, professor Sukito Patava əminliklə qeyd edir ki, ağ-qara "qonaqlar" uzun müddətdən bəri Yaponiya üzərində araşdırmalar aparırlar. Onları bu işə ölkənin robotlarla bağlı elmi-texniki inkişafı sövq edib. Belə ki, Yaponiyada robotlaşma demək olar ki, həyatın hər bir sahəsini əhatə edir. Hər gün müxtəlif funksiyalı robotlar istehsal olunur. Məhz buna görə də yadplanetli "qonaqlar" hədəf kimi Yaponiyanı seçiblər. Onlar istehsalı son mərhələdə olan "İskuu" adlı robotun məhv olunmasına çalışırlar. Çünki hələlik məxfi saxlanılan bu robot hərbi sənaye üçün nəzərdə tutulub və istənilən anda gözəgörünməz ola bilir. Bu isə onun kosmosa göndərilməsinə də şərait yaradır.

Digər versiyaya görə isə, ağ-qara varlıqlar yerdəki canlıları məhv edərək bura yerləşmək haqda düşünürlər. Onlar insanın ayaq basa bilmədiyi reaktorlara yaxınlaşaraq istənilən fəaliyyəti həyata keçirə bilirlər. Digər tərəfdən özləri ilə gətirdikləri kiçik ölçülü tektonik silahlarla lokal təbii fəlakətləri təhrik etmək imkanına malikdirlər. Deməli, Fukuşima faciəsini də onlar etmiş ola bilər.

Xatırladaq ki, bu, inkar olunması təsdiqi qədər vaxt və araşdırma tələb edən yeni bir versiyadır.


Biz insanlar torpaq davası etdikcə yadplanetlilər bütün dünyanı ələ keçirmək haqda düşünürlər. Ona görə ki, biz insan olsaq da, bəzən adam ola bilmirik.

Könül Aypara

O.M.