Erməni diasporu mitinqlərə hazırlaşır

Erməni diasporu mitinqlərə hazırlaşır

19 Aprel 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obamanın yenə də 21 aprel günündə soyqırım ifadəsini işlətməyəcəyi haqqında çoxlu məlumatlar yayılıb. Buna görə erməni diasporu əvvəlcədən tədbir görüb. Belə ki, diaspor nümayəndələri, Barak Obama 21 aprel günü soyqırım ifadəsini işlətməsə, Konqresin qabağında əllərində "soyqırımı tanı" kimi ifadələr yazılmış plakatlarla nümayiş keçirəcəklər. Erməni diasporundan verilən məlumata görə, onlar həmin gün səslərini dünyaya çatdırmaq istəyirlər. Nümayiş iştirakçılarına xidmət göstərmək üçün xüsusi avtobuslar ayrılıb.

Ermənilər ABŞ-a köçsələr də, yenə erməniliklərindən əl çəkmirlər.

Hafiz Əhmədov

O.M.